İsmayıllıda at əti satan şəxslər saxlanılıblar
Yeniliklərdən dərhal xəbərdar olun
İsmayıllıda qidaya yararsız at əti satan şəxslər saxlanılıblar.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, İsmayıllıda polis əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə həyata keçirdikləri tədbirlərlə qanunsuz ət kəsimi ilə məşğul olan Vüqar Ziliyev, qohumu Xəyal Ziliyev və Sübhan İbrahimov saxlanılıblar.
V.Ziliyevin yaşadığı ünvana baxış keçirilərkən qidaya yararsız 450 kiloqram at əti aşkarlanıb. Saxlanılanlar yararsız at ətini mal əti adı altında Bakı şəhərinə apararaq orada satmaq niyyətində olduqlarını bildiriblər. Aşkar olunan ətlərdən müvafiq nümunələr götürülüb və ekspertiza zamanı ətin istifadəyə tam yararsız olduğu üzə çıxıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Bunu etməklə hesabınızı itirə bilərsiniz - WhatsApp işlədənlərə XƏBƏRDARLIQ
Son dövrlər sosial şəbəkə hesablarının təhlükəsizliyi ilə bağlı narahatlıqlar artır. Xüsusilə "WhatsApp" hesablarının ələ keçirilməsi, şəxsi yazışmaların ələ dü...