İşğaldan azad edilmiş ərazilərdə üç radio-televiziya yayım stansiyasının işi bərpa edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən, "AZCON Holding" şirkətlərindən olan "Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyası" MMC tərəfindən fəaliyyət ardıcıl şəkildə həyata keçirilir.
Dekabrın 29-da Ağdərə rayonu ərazisində yerləşən Talış, Kiçik Qarabəy və Həsənriz radio-televiziya yayım stansiyalarının işi bərpa edilib.
Bununla da işğaldan azad edilmiş ərazilərdə bu günədək bərpa edilən stansiyaların sayı 11-ə çatdırılmaqla rəqəmsal televiziya və FM radio yayımlarının əhatəsi və siqnal keyfiyyəti artırılıb.
Qeyd edək ki, 2026-cı il üzrə əhalinin köç qrafiki diqqətdə saxlanacaq və radio-televiziya proqramlarının tələb olunan ərazilərdə yayımının təmin edilməsi istiqamətində müvafiq tədbirlər görüləcək.
Oxşar xəbərlər
Qızların qaldığı yataqxanada nə baş verib? "Hansısa qız oğlanla bu zonaya keçə bilməz"
Sosial şəbəkələrdə "Kampus" özəl tələbə yataqxanasına daxil olan naməlum kişinin bir neçə qızın otağının qapısını döyərək onları narahat etdiyi iddia olunur. Ha...