İşə qəbul zamanı tələb olunan arayışlarla bağlı VACİB YENİLİK
Gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş məhkumluq haqqında arayışın elektron əldə olunması prosesi tam avtomatlaşdırılıb. Artıq "E-polis" mobil tətbiqində və e-xidmet.mia.gov.az portalında məhkumluq haqqında arayışı elektron qaydada, cəmi bir neçə saniyə ərzində əldə etmək mümkündür.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əvvəllər bu arayışı almaq üçün sənədlərin təqdim edilməsi, yoxlanılması və arayışın hazırlanması müəyyən vaxt tələb etdiyindən vətəndaşlar bir müddət növbədə gözləməli və dövlət orqanına getməli olurdular. Beləliklə, indiyədək təqribən bir günə alınan arayışın real vaxt rejimində və heç bir quruma yaxınlaşmadan alınması mümkündür.
"Yeni imkan sayəsində fiziki növbələr aradan qalxır, vaxt itkisi minimuma enir, xidmətin operativliyi və şəffaflığı artır. Eyni zamanda, dövlət orqanları arasında məlumat mübadiləsi daha da sürətlənir, sənədlərin fiziki daşınmasına və arxivləşdirməyə ehtiyac qalmır.
Daxili İşlər Nazirliyi rəqəmsal dövlətə keçidin real nümunələrini yaratmaqda, vətəndaş məmnunluğunu artıran faydalı yenilikləri tətbiq etməkdə davam edir", - məlumatda qeyd edilir.
Oxşar xəbərlər
Dövlət Gömrük Komitəsinin sədri: Elektomobillər ƏDV-yə cəlb ediləcək
Gələn ildən elektrik mühərrikli avtomobillər əlavə dəyər vergisinə (ƏDV) cəlb ediləcək. BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi si...