İşçinin maaşı gecikdiyi üçün ona əlavə VƏSAİT ÖDƏNİLMƏLİDİR? - AÇIQLAMA

İşçinin maaşı gecikdiyi üçün ona əlavə VƏSAİT ÖDƏNİLMƏLİDİR? - AÇIQLAMA
Video
Sosial 1088

Bəzən bir sıra şirkət və müəssisələrdə əməkhaqqının gecikdirilməsi kimi neqativ hallar müşahidə edilir. Hətta elə iş yerləri var ki, maaş gecikməsinə mütəmadi rast gəlindiyindən bunu normal hal kimi qəbul kimi edirlər. Belə olan halda işçinin hüquqları nədən ibarətdir?

BAKU.WS xəbər verir ki, hüquqşünas Hikmət Əliyev işçinin gecikdirilən hər günə görə məhkəmədə iddia qaldıraraq kompensasiya tələb etmə hüququ olduğunu vurğulayıb.

O bu barədə "Xəbərin olsun" verilişinə açıqlamasında bildirib:

"Əmək məcəlləsinə əsasən, işə götürən tərəf işçinin əməkhaqqını vaxtında və tam ödəmək öhdəliyi daşıyır. Əməkhaqqının gecikdirildiyi hər gün üçün isə məhkəmədə iddia qaldırmaqla ağılabatan həddə kompensasiya tələb etmək mümkündür".

Hər gecikdirilən gün üçün isə işçiyə əməkhaqqının bir faizi ödənilməldir. Bu problem Əmək Məcəlləsinin "Əmək Mübahisələri" bölməsində nəzərdə tutulan qaydada həll edilir.

Ətraflı videoda:

Oxşar xəbərlər

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Dekabrın 16-da Xaçmazın 27 kəndində qaz təchizatında fasilə yaranacaq. BAKU.WS xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin Xaçmaz Regional Qaz İs...

137 Sosial 23:23 15 dekabr 2025

Son xəbərlər