İş adamı İlham Rəhimova qarşı sanksiyalar tətbiq edildi

İş adamı İlham Rəhimova qarşı sanksiyalar tətbiq edildi
Sosial 336

Avstraliya rusiyalı müxalifət lideri Yuliya Navalnayanın ölkəyə səfəri ərəfəsində bir sıra Rusiya rəsmiləri, iş adamları və təbliğatçılarına qarşı sanksiyalar tətbiq edib.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Exo" qəzeti Böyük Britaniyanın Maliyyə Nazirliyinə istinadən məlumat yayıb.

Siyahıya Moskva merinin müavini Maksim Liksutov, təbliğatçı Kristina Potupçik, Mərkəzi Bankın sədrinin keçmiş birinci müavini Kseniya Yudayeva, Fövqəladə Hallar Nazirliyinin rəis müavini Denis Popov, baş nazirin keçmiş müavini Yuri Borisov, Tatarıstanın keçmiş prezidenti Radik Şaymiyevin oğlu, iş adamı İlham Rəhimov və milyarder Andrey Kozitsın daxil ediliblər. Avstraliya Xarici İşlər Nazirliyi onların Ukraynanın işğalına və Rusiya daxilində repressiyalara görə məsuliyyət daşıdıqlarını hesab edib.

Rusiyadakı azərbaycanlı iş adamlarının İlham-Putinka adlandırdığı İlham Rəhimov azərbaycanəsilli rusiyalı milyarder və Prezident Vladimir Putinin dostudur.

Eyni zamanda, Böyük Britaniya üç Rusiya təşkilatına və səkkiz şəxsə qarşı sanksiya tətbiq edib. O cümlədən, London Çeçenistan rəhbəri Ramzan Kadırovun anası Aymani Kadırovanı sanksiya siyahısına əlavə edib, həmçinin Axmat Kadırov adına fond da bu siyahıya daxil edilib. Bundan başqa, Rusiyanın "Birincilərin Hərəkatı" uşaq və gənclər hərəkatına qarşı sanksiyalar tətbiq edilib.

Son xəbərlər