Şirvan şəhəri belə olacaq - FOTO
Azərbaycan Respublikası Prezidentinin paytaxt və iri şəhərlərin şəhərsalma kadastrının hazırlanması ilə bağlı müvafiq göstərişinə uyğun olaraq Şirvan şəhərində keçirilmiş pilot layihə başa çatdırılıb.
BAKU.WS xəbər verir ki, Şirvan şəhərinin şəhərsalma kadastrını Dövlət Şəhərsalma və Arxitektira Komitəsinin keçirdiyi tenderin qalibi olmuş Litvanın Hnit Baltic şirkəti və onun ölkəmizdəki tərəfdaşı "İntegris” MMC aparıb. Mayın 6-da Bakıdakı Parkinn hotelində keçirilən təqdimat mərasimi zamanı Dövlət Şəhərsalma və Arxitektira Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov layihə barədə ətraflı məlumat verib. Gələcəkdə şəhərsalma kadastrı məlumatlarından istifadə perspektivlərindən bəhs edib. Bunun ölkəmizdə şəhərsalma kadastrının yaradılması sahəsində ilk belə layihə olduğunu diqqətə çatdıran D.Dövlətxanov Şirvan şəhərinin pilot layihə ərazisi kimi təsadüfi seçilmədiyini qeyd edib.
Şirvan Azərbaycanın əhali sayına görə 5-ci şəhəridir. Bura ölkəmizin mühüm istisadi mərkəzlərindən sayılır. Ona görə də pilot layihə ərazisi kimi ilk məhz bu şəhər seçilib. Şirvanın şəhərsalma kadastrının hazırlanması üzrə işlər bir neçə il çəkib. Bu pilot layihə əsasında növbəti belə tədbirlər üçün də lazımi təcrübə toplanıb.
Qeyd edək ki, növbəti illərdə Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərinin də elektron şəhərsalma kadastrının hazırlanması nəzərdə tutulur. Layihə rəhbəri Raivaras Klypsas də şəhərsalma kadastrının müasir tələblərə uyğun olduğunu bildirib. Onun sözlərinə görə, layihənin icrasında kartoqrafiya, coğrafiya kadastr, coğrafi informasiya sistemləri və informasiya texnologiyaları sahəsində 80-dən artıq yüksək ixtisaslı işçi heyəti iştirak edib. Burada əsas diqqət Avropa modellərinə yönəlib. Şəhərsalma kadastrı güclü informasiya sistemlərinə tam inteqrasiya edilərək tam avtomatlaşdırılıb.
"İntegris” MMC-nin direktoru Ceyhun Zeynalov isə bildirib ki layihənin hazırlanmasında 3 əsas prinsip qarşıya qoyulub.
1. Coğrafi informasiya sistemi əsasında Şirvan şəhərinin baş planının hazırlanması;
2. Şirvan şəhər ərazisinin zonalaşdırma sxeminin tərtibi;
3. Şəhərin baş planı əsasında müəyyən edilmiş 50 hektar ərazinin müfəssəl planının hazırlanması.
İcraçılar layihə üzrə sualları cavablandırıblar.
BAKU.WS
Oxşar xəbərlər
Şirvanda 25 yaşlı oğlan borca görə özünü asdı
Şirvan şəhərində intihar hadisəsi baş verib. Hadisə ötən gecə şəhərin bağ evləri massivində qeydə alınıb. APA bildirir ki, Şirvan şəhər sakini, 1991-ci il təvə...