İqlim dəyişikliyindən ən çox təsirlənən ölkələr

Dünyada iqlim dəyişikliyi nəticəsində ən çox zərər çəkən ölkələr məlum olub. Beynəlxalq hesabatlara görə, xüsusilə aşağı gəlirli və adaptasiya imkanları məhdud olan regionlar daha çox risk altındadır.
BAKU.WS-in araşdırmasına görə, Climate Risk Index 2025-ə əsasən, 2022-ci ildə iqlim hadisələrindən ən çox təsirlənən ölkə Pakistan olub. Ölkədə baş verən güclü daşqınlar nəticəsində böyük itkilər qeydə alınıb. Siyahıda Pakistandan sonra Beliz və İtaliya qərarlaşıb. Uzunmüddətli dövrdə (1993–2022) isə Dominika, Çin, Honduras, Myanmar və Vanuatu kimi ölkələr ən çox zərər görənlər sırasında yer alıb.
Vulnerable Finance Index-in məlumatına görə, iqlim riskləri baxımından ən yüksək təhlükə altında olan ölkələr əsasən Afrika, Asiya və Karib hövzəsində yerləşir. Siyahıya Burundi, Malavi, Angola, Sudan, Mali, Gineya-Bisau və Haiti daxildir. Avropada isə Kipr və Ukrayna müəyyən ssenarilərdə "qırmızı zona"da göstərilib.
Beynəlxalq İqlim Dəyişikliyi Paneli (IPCC)-nin hesabatında qeyd olunur ki, Şərqi, Mərkəzi və Qərbi Afrika, Cənubi Asiya, Mikroneziya, Melaneziya və Mərkəzi Amerika kimi regionlar ən çox risk altında olan ərazilərdir. Bu zonalarda təxminən 3,3–3,6 milyard insan yaşayır.
Ekspertlər bildirir ki, iqlim dəyişikliyinin təsirləri əsasən daşqınlar, qasırğalar, quraqlıqlar və istilik dalğaları ilə özünü göstərir. Bu isə xüsusilə inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatı, ərzaq təhlükəsizliyi və sosial rifahı üçün ciddi təhlükə yaradır.
Oxşar xəbərlər
Azərbaycanda ailə büdcəsinin böyük hissəsi hara gedir? - 42,9%
Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumatlar əsasında apardığı təhlilə əsasən, son 5 ildə ev təsərrüfatlarının gəlir...
