İnsan ömrü boyu neçə dəfə başqasına vurula bilər? - Alimlər AÇIQLADI
ABŞ-nin İndiana ştatında yerləşən Kinsey Institute tərəfindən aparılan araşdırma göstərib ki, insan həyatında vurulmağı orta hesabla cəmi iki dəfə yaşayır. Tədqiqat çərçivəsində 18–99 yaş arası 10 mindən çox respondent sorğulanıb.
BAKU.WS xəbər verir ki, iştirakçıların 30%-i iki dəfə, 28%-i bir dəfə, 17%-i isə üç dəfə güclü eşq hissi keçirdiyini bildirib. 11% dörd və daha çox dəfə vurulduğunu desə də, 14% həyatında heç vaxt belə hiss yaşamadığını qeyd edib.
Mütəxəssislər bunu beyin kimyası ilə izah edirlər. İnsan vurulduğu zaman dopamin, noradrenalin və serotonin kimi hormonlar aktivləşir və bu vəziyyət adətən 6–18 ay davam edir. Psixoloq Oleg Şevçenkonun sözlərinə görə, zamanla beyin bu hormonlara uyğunlaşır və eyni intensivliyi tez-tez yaşamaq mümkün olmur.
Ekspertlər vurğulayırlar ki, vurğunluqla sevgi eyni anlayış deyil. Vurğunluq daha çox ehtiras və idealizasiya ilə bağlıdırsa, sevgi qarşılıqlı anlayış, qəbul və uzunmüddətli bağlılıq üzərində qurulur.
Araşdırmaya əsasən, güclü emosional partlayışlar insan həyatında nadir hallarda baş verir və hər vurğunluq uzunömürlü sevgiyə çevrilmir.
Oxşar xəbərlər
Paytaxtda bir sıra marşrut avtobuslarının işində ləngimələr yarana bilər - SƏBƏB
Bakıda Şəhər şosesində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar bəzi marşrutların hərəkətində ləngimələr yarana bilər. BAKU.WS xəbər verir...