Şimşək çaxacaq, yağış yağacaq

Şimşək çaxacaq, yağış yağacaq
Sosial 3
 

Bakı və Abşeron yarımadasında sentyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz yarımadanın bəzi yerlərində arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Naziriyindən BAKU.WS-ə verilən məlumata görə, havanın temperaturu yarımadada gecə  19-22° isti, gündüz 25-29° isti, Bakıda gecə  20-22° isti, gündüz 25-29° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi 750  mm  civə sütunundan 762 mm civə sütununa yüksələcək.

Nisbi rütubət gecə 65-75%, gündüz 45-55% təşkil edəcək.  

Tibbi-meteoroloji proqnoza əsasən, sentyabrın 10-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü metehəssas insanlar üçün nisbətən əlverişlidir. Sentyabrın 11-12-də komfort hava şəraiti gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 16-21° isti, gündüz 25-30° isti, dağlarda gecə 9-14° isti, gündüz 16-21° isti olacağı gözlənilir.

BAKU.WS

Oxşar xəbərlər

Sabah yağış yağacaq

Sabah yağış yağacaq

Bakı və Abşeron yarımadasında sentyabrın 7-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və T...

3 Sosial 13:45 06 sentyabr 2016

Son xəbərlər