İlqar Bayramlı: Peşə təhsilində qadınların iştirak payı 40 %-ə çatıb
Qadınların peşə təhsilində iştirakı 2022-ci illə müqayisədə (32 %) keçən il üçün 40 %-ə yüksəlib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı peşə təhsili üzrə tələbə qəbulu və yeni yaradılan ixtisaslarla bağlı keçirdiyi brifinqdə deyib.
O bildirib ki, bu il 500-dək müəllimin ixtisasartırma və beynəlxalq təlimlərə cəlb olunması nəzərdə tutulur:
"Azad olunmuş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində 21 ixtisas üzrə 532 şəxsə təlim keçirilməsi nəzərdə tutulub".
Direktor həmçinin əlavə edib ki, dual peşə təhsili modeli üzrə 57 ixtisasa 2 560 tələbənin qəbulu planlaşdırılır:
"Proqram 150-dən çox işəgötürənlə əməkdaşlıq əsasında həyata keçirilir".
Oxşar xəbərlər
Sabah hava necə olacaq? - Proqnoz açıqlandı
Bakıda və Abşeron yarımadasında sentyabrın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, cənub küləyi əsəcək. Bu barədə...