İlahiyyatçı: "Dində məcburiyyət əks təsir yarada bilər"
"İslamda oruc fərdi bir ibadətdir və səmimi niyyətə əsaslanmalıdır. Heç kim bu ibadətə məcbur edilə bilməz".
Bu fikirləri BAKU.WS-ə açıqlamasında ilahiyyatçı Fərid Abdullah səsləndirib.
Onun sözlərinə görə, Qurani-Kərimdə açıq şəkildə bildirildiyi kimi, "Dində məcburiyyət yoxdur". Bu prinsip ibadətlərə yanaşmada da əsas meyardır.
İlahiyyatçı vurğulayıb ki, dini mövzular insanlara zor və təzyiqlə deyil, maarifləndirmə, gözəl nəsihət və hikmətlə çatdırılmalıdır. Məcburiyyət və sərt münasibət əks təsir yarada, insanlarda dinə qarşı soyuqluq formalaşdıra bilər.
Fərid Abdullah qeyd edib ki, oruc tutan şəxs başqalarına sözlə deyil, davranışı ilə nümunə olmalıdır:
"Səbirli, anlayışlı və mərhəmətli münasibət daha təsirli çağırışdır. Peyğəmbər (s) və imamlar da insanları ibadətə zorla deyil, sevgi və əxlaqi örnəklə dəvət ediblər.
Əgər kimsə oruc tutmursa və ya dini vəzifələrini yerinə yetirmirsə, onu qınamaq, alçaltmaq və ya təzyiq göstərmək doğru yanaşma deyil. Çünki hər kəsin özünəməxsus səbəbləri ola bilər və biz görünməyən tərəfi bilmirik. Bu məsələdə ən doğru yol anlayış, hörmət və ürək yanğısı ilə yanaşmaqdır".
Oxşar xəbərlər
Bu tarixdən hava kəskin PİSLƏŞİR - Temperatur 8° düşəcək, QAR YAĞACAQ
Azərbaycanda sabahdan havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə enəcək. BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat...