İki rayonda 1800-dən çox abonentin qazı kəsiləcək

İki rayonda 1800-dən çox abonentin qazı kəsiləcək
Sosial 50

Sabah saat 10:00-da Xaçmaz və Şabran rayonlarının bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.

BAKU.WS xəbər verir ki, bu barədə Xaçmaz Regional Qaz İstismar İdarəsi məlumat yayıb.

Bildirilib ki, buna səbəb Xaçmazda Qusarçay kəməri adlanan orta təzyiqli qaz xəttindən Nərəcan kəndi istiqamətinə ayrılan qaz xətti üzərinə balans ölçü qovşağının quraşdırılması və Şabran rayonun Sincadboyad kəndi istiqamətində istismarda olan orta təzyiqli qaz xəttinə yeni çəkilmiş qaz xəttinin qoşulması ilə əlaqədar işlərin aparılmasıdır.

Həmin müddətdə Xaçmaz rayonunda Nərəcan, Ağtala və Şıxlı kəndləri olmaqla ümumilikdə 1 631 abonentin, Şabran rayonunda isə 226 abonentin qaz təchizatı dayandırılacaq.

Son xəbərlər