İki minə yaxın müəllim iş yerini dəyişib
Yeniliklərdən dərhal xəbərdar olun
Vakansiya seçiminin nəticələri açıqlanıb, 1868 müəllim iş yerini dəyişib.
BAKU.WS xəbər verir ki, bu barədə Təhsil İnstitutunun nəzdindəki İnsan Resursları Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, 29 aprel-6 may tarixlərində keçirilən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri şəxsi səhifələrə göndərilib.
Elektron yerləşdirmə zamanı 16 nəfər şəhid ailəsi üzvü olmaqla 1868 nəfər müəllim iş yerini dəyişdirmək imkanı qazanıb. Növbəti mərhələdə uğur qazanan müəllimlərin sənədlərinin yoxlanılması prosesi həyata keçiriləcək.
Qeyd edək ki, uğur qazanan müəllimlərin sənədləri yoxlanıldıqdan sonra tutduqları vakansiyaya təyin olunacaqlar. Sənədlərin yoxlanılması prosesi ilə bağlı məlumat müəllimlərin şəxsi səhifələrinə göndəriləcək.
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva "Cənnətin ariyası" adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər
"Cənnətin ariyası" adlı layihə çərçivəsində 2 saylı uşaq evinin və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinin sakinlərinin birgə iştirakı ilə kons...