İctimai Televiziya avadanlıqlarını yeniləyir - Yarım milyon xərclənəcək

İctimai Televiziya və Radio Yayımları Şirkəti efir keyfiyyətini və enerji sabitliyini artırmaq məqsədilə yeni texniki avadanlıqların alınması ilə bağlı bir neçə tender elan edib.
BAKU.WS-in əldə etdiyi məlumata görə, mumi dəyəri təxminən 460 min manat olan layihələr generatorların, fasiləsiz enerji təchizatı sistemlərinin və peşəkar yayım avadanlıqlarının yenilənməsini əhatə edir.
Bu çərçivədə televiziya və radio yayımında istifadə olunan generatorların ehtiyat hissələrinin, UPS sistemlərinin texniki xidmət və komponentlərinin, həmçinin səs və studiya avadanlıqlarının yenilənməsi planlaşdırılır.
Layihənin həyata keçirilməsi İctimai Televiziyanın enerji təminatını daha dayanıqlı edəcək, avadanlıqların uzunömürlülüyünü təmin edəcək və efir prosesində texniki nasazlıqların qarşısını alacaq. Nəticədə, televiziya və radio yayımının fasiləsizliyi və keyfiyyəti yüksələcək, tamaşaçılara daha sabit və peşəkar efir xidməti göstəriləcək.
Oxşar xəbərlər
Telegram işlədənlər ehtiyatlı olsun - Şəxsi məlumatlarınız ələ keçirilir
Son zamanlar "Telegram" istifadəçiləri arasında hesabların oğurlanması halları yaşanır. BAKU.WS-in məlumatına görə, fırıldaqçılar zərərçəkmiş şəxsin adından on...
