İcra başçısının bank müdiri ilə görüşü tənqid olundu
Yeniliklərdən dərhal xəbərdar olun
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonda yerləşən bank filiallarından birinin yeni təyin olunan müdirini qəbul edib.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə icra hakimiyyətinin sosial şəbəkə səhifəsində məlumat verilib.
Görüşdə M.Məmmədov filial müdirinə uğurlar arzulayıb, həmçinin, rayonda maliyyə savadlılığının artırılması, yeni layihələrin icrası, sahibkarlığa dəstək göstərilməsi və sair mövzularda fikir mübadiləsi aparılıb.
Lakin icra başçısının bank nümayəndəsi ilə görüşü və bunun paylaşılması sosial şəbəkədə birmənalı qarşılanmayıb. Bir çoxları bu paylaşımın informasiya əhəmiyyətinin olmadığını bildirərək tənqid ediblər.
Oxşar xəbərlər
Bərdə hücumunun şahidləri danışırlar: "Qızının dilindən "ata" sözünü eşidə bilmədi"
44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri döyüş bölgələrindən uzaqda yerləşən dinc şəhər və kəndlərimizi də hədəf alaraq dəfələrlə ağır a...