İçərişəhərdə 3 gündür su gəlmir - SƏBƏB
13
mar
2026
14:46
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının mərkəzində 3 gündür sakinlər içməli su problemi yaşayırlar.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, Səbail rayonu, İçərişəhər ərazisində Neftçilər prospekti 87 ünvanında 3 gündür içməli su gəlmir.
Məsələ ilə əlaqədar ADSEA-nın mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, Səbail rayonunun bir hissəsini içməli su ilə təmin edən xəttin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar görüləcək işlər çərçivəsində həmin ərazilərin su təchizatında fasilə yaranıb.
Banu Hüseynli
Oxşar xəbərlər
Bakıda məşhur parkda süni göl qurudulub - SƏBƏB
Bakının Xətai rayonunda yerləşən Gənclik parkında yenidənqurma işləri aparılacaq. Parkın ərazisində suyu qurudulan hövzə təmir işləri başa çatdıqdan sonra yenid...