"İçərişəhər"də 12 evin dam örtüyü, 28 ünvanda mənzillər təmir olunub, panduslar quraşdırılıb
Yeniliklərdən dərhal xəbərdar olun
"İçərişəhər"də panduslar quraşdırılıb, 12 evin dam örtüyü, 28 ünvanda mənzillər təmir olunub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Rüfət Mahmud qurumun 2025-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, "İçərişəhər"də pandusların quraşdırılması istiqamətində tədbirlər davam etdirilir:
"Görülən tədbirlər nəticəsində "İçərişəhər"də, həmçinin, panduslar quraşdırılıb. Mümkün qədər pandusların artırılması üçün işlər görülür. 12 evin dam örtüyü, 28 ünvanda sakinlərin mənzilləri, fasadlar və balkonlar təmir olunub. Hazırda infrastruktur işləri davam etdilir".
R.Mahmud həmçinin bildirib ki, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Azərbaycanda 2026-cı il "Şəhərsalma və Memarlıq İli" elan olunmasına töhfə verəcək.
Oxşar xəbərlər
Bakıda bu ərazilərdə yeni parklar salınacaq - Süni göllər, tennis kortları...
"Bakının Baş Planı 2040 çərçivəsində paytaxtda yaşıllıq sahələrinin artırılması, mövcud parkların genişləndirilməsi və yeni istirahət məkanlarının yaradılması i...