Hövsan qəsəbəsində işıq olmayacaq

Hövsan qəsəbəsində işıq olmayacaq
Sosial 656

Bu gün Bakının Suraxanı rayonunda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə BAKU.WS-ə "Azərişıq" ASC-dən bildirilib.

Bildirilib ki, Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Hövsan qəsəbəsinin bir hissəsində 6 kV-luq hava xəttində aparılan təmir işləri ilə əlaqədar aprelin 9-da elektrik xətləri sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq saat 09:00-dan saat 16:00-dək qəsəbədə yerləşən Bağlar yaşayış massivində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər