Hikmət Hacıyev missiyasının başa çatması münasibətilə Polşanın səfiri ilə görüşüb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Polşanın ölkəmizdəki səfiri Rafal Poborskini ölkəmizdə diplomatik missiyasının başa çatması münasibətilə qəbul edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Polşa səfirliyinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
“Səfir Rafal Poborski ilə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev arasında dostluq, vida görüşü olub. Görüş zamanı, Azərbaycan ilə Polşa arasında yaxşı münasibətlərin mövcud olduğu vurğulanıb”, - paylaşımda qeyd edilib.
Oxşar xəbərlər
Bakının polşalı baş memarının xatirəsinə həsr olunmuş sərgi keçiriləcək
Polşalı memar Yuzef Qoslavskinin xatirəsinə həsr olunmuş sərgi təşkil olunacaq. “Report” Polşa səfirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, bu barədə M...