Heydər Əliyev Beynəlxalq Hava Limanı dünyanın ən gözəl aeroportları sırasında yer alıb
05
okt
2018
21:53
Bakının Heydər Əliyev Beynəlxalq Hava Limanı dünyanın ən gözəl 14 aeroportu sırasında yer alıb.Bu, ABŞ-ın nüfuzlu “Curbed” daşınmaz əmlak bloqları şəbəkəsininin reytinqində əks olunub.Məqalədə qeyd olunur: “Azərbaycanın paytaxtında yerləşən Heydər Əliyev Beynəlxalq Hava Limanı nəhəng barama şəkilli komplekslərdən ibarətdir. Hər baramada kafelər, mağazalar və uşaq meydançaları kimi obyektlər yerləşir. Bu aeroport ildə 5 milyondan çox sərnişinə xidmət edə bilər”.Reytinqdə yer alan digər aeroportlar Denver, Madridin Baraxas, Kansay, Pekin, Çatrapati Şivaci, Kuala-Lumpur, Mərakeşin Menara, Kutaisi, Şençjen Baoan, Pulkovo, “Kraliça Aliyə”, Çanqi və Samui hava limanlarıdır.BAKU.WS
Oxşar xəbərlər
Heydər Əliyev Beynəlxalq Aeroportu MDB-də ən yaxşı aeroport seçildi (FOTO)
2018-ci ilin mart ayında hava limanımız növbəti dəfə postsovet məkanının bütün aeroportları arasında ən yaxşı aeroport seçilib.Dünyanın ən gözəl hava limanların...