Heydər Əliyev Mərkəzindən Avropa İttifaqı ölkələrinə həmrəylik mesajı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Aprelin 15-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Avropa İttifaqının bayrağı videoproyeksiya olunub.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla Azərbaycanın koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə həmrəyliyi nümayiş olunub.
Qeyd edək ki, aprelin 3-dən başlayaraq zərərçəkən dövlətlərin bayraqları həmin ölkələrin musiqisinin müşayiəti ilə hər gün mərkəzin binası üzərinə proyeksiya olunur. Bununla Heydər Əliyev Mərkəzi COVID-19-un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.
İndiyədək koronavirus xəstəliyinin geniş yayıldığı Çin, Fransa, Almaniya, İran, İtaliya, Rusiya, İspaniya, Türkiyə, Böyük Britaniya, ABŞ və Gürcüstanın bayraqları Mərkəzin binasının üzərində nümayiş olunub.
Oxşar xəbərlər
COVID-19 koronavirus – Rəqəmsal iqtisadiyyata keçid
Hazırda dünya yeni qlobal dəyişikliklər astanasındadır. Dördüncü Sənaye İnqilabı (Sənaye 4.0) ilə həyatımıza daxil olan yeniliklər – informasiya və kommunikasiy...