Heydər Əliyev Fondunun dəstəyi ilə Gəncə Perinatal Mərkəzə son model ultrason cihaz və yeni küvəzlər verilib
Heydər Əliyev Fondunun dəstəyi ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində Perinatal Mərkəzə bir ədəd son model ultrason cihaz və dörd küvəz verilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov məlumat verib.
O xatırladıb ki, martın 6-da Gəncəyə səfər çərçivəsində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Gəncə Perinatal Mərkəzdə olublar:
"Tibb müəssisələri daim dövlətin diqqət mərkəzindədir. Mehriban Əliyevanın martın 6-da Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Perinatal Mərkəzini ziyarət etməsi və göstərilən qayğı da bunun bariznümunəsidir".
İ.İsmayılov həmçinin əlavə edib ki, Perinatal Mərkəzdə 4 şöbə və 80 çarpayı var:
"Yenidoğulmuşlar şöbəsində 14 küvəz var. Tibb müəssisəsi il ərzində 2 500-3 000 pasiyentə tibbi xidmət göstərir. Bunlardan təxminən 30 faizi qeysəriyyə əməliyyatı ilə dünyaya uşaq gətirir".
Qeyd edək ki, Gəncə Perinatal Mərkəz 2008-ci ildə fəaliyyətə başlayıb.
Qalereya
Oxşar xəbərlər
"Ömrümdə ilk dəfə bu qədər pul görmüşdüm" - Xırdalanda mənzil arzusu kabusa çevrildi
Qusar rayon sakini Xırdalan şəhərində mənzil sahibi olmaq istəyərkən tanışı vasitəsilə İrşad adlı şəxslə əlaqə yaradıb və evin tikilməsi üçün ona 29 min manat p...