Hərəkətin təşkili faciəyə səbəb ola bilər: Təhlükə yaradan kəsişmə
Yeniliklərdən dərhal xəbərdar olun
"Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.
Bu dəfə Heydər Əliyev prospekti ilə Davud Aslan küçəsinin kəsişməsindəki problemdən bəhs olunub.
Bildirilib ki, həmin ərazidə tuneldən çıxaraq sağa - Davud Aslan küçəsi istiqamətinə dönmək istəyən sürücülər təhlükə ilə üzləşirlər. Belə ki, bu istiqamətdə hərəkət edənlər sağdan gələn nəqliyyat vasitələrini görmürlər.
Eyni zamanda, sağ tərəfdəki "Stop" xəttinin tələbinə uyğun şəkildə dayanıb gözləyən sürücülər də soldan gələn avtomobilləri görməkdə çətinlik çəkirlər. Hərəkətin bu cür təşkil olunması qəza riskini artırır.
Qeyd olunub ki, ərazidə güzgü olsa da, ondan effektiv istifadə etmək mümkün deyil. Aradakı divar görüntünü məhdudlaşdırır və nəticədə həm sağdan, həm də soldan gələn avtomobilləri yalnız son anda görmək olur.
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Bakıda bu ərazilərdə yeni parklar salınacaq - Süni göllər, tennis kortları...
"Bakının Baş Planı 2040 çərçivəsində paytaxtda yaşıllıq sahələrinin artırılması, mövcud parkların genişləndirilməsi və yeni istirahət məkanlarının yaradılması i...