Hərbi xidməti başa vuran sərhədçi əsgərlər ehtiyata buraxılıblar
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Sərhəd Xidmətinin struktur qurumlarında və hərbi hissələrində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamına əsasən müddətli həqiqi hərbi xidməti başa vuran hərbi qulluqçuların Silahlı Qüvvələrin ehtiyatına buraxılması həyata keçirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, hərbi hissələrin Döyüş bayrağının sıra meydanına gətirilməsi ilə başlayan tədbirlərdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bildirilib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan şanlı Zəfərdən sonra dövlət sərhədinin mühafizəsi və müdafiəsi kimi ali vəzifəni yerinə yetirmək hər bir sərhədçi üçün böyük qürurdur.
Xidməti borclarını ləyaqətlə başa vuraraq ehtiyata buraxılan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına Vətənə sədaqətlə xidmət etdiklərinə və qarşıya qoyulmuş tapşırıqları nümunəvi şəkildə yerinə yetirdiklərinə görə təşəkkür edilib.
Tədbirlərin sonunda xidmətdə fərqlənənlər təltif olunub, şəxsi heyətlə xatirə fotoşəkilləri çəkilmiş və sərhədçi əsgərlər təntənəli şəkildə yola salınıb.
Oxşar xəbərlər
Gəncədə sakinləri SEVİNDİRƏCƏK XƏBƏR - 4,9 milyon manat ayrıldı
Gəncə şəhərində yol infrastrukturunun yenilənməsi istiqamətində yeni işlərin görülməsi planlaşdırılır. Şəhərin bir sıra ərazilərində yol örtüyünün yaxşılaşdırıl...