Hərbi Akademiyada təhsil müddətinin dəyişdirilməsi barədə rəsmi açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Hərbi Akademiyasında təhsil müddətinin 2 ildən 1 ilə endirilməsi, magistratura sisteminin ləğv olunması və bu il akademiyaya daxil olan zabitlərə diplom əvəzinə sertifikat veriləcəyi barədə xəbərlərə münasibət bildirib.
BAKU.WS-in məlumatına görə, "Report"un sorğusuna cavab olaraq nazirlikdən bildirilib ki, həmin məlumatlar həqiqəti əks etdirmir.
“Hazırda Silahlı Qüvvələrin Hərbi Akademiyasında tədrislə bağlı heç bir dəyişiklik yoxdur. Bu haqda yayılan məlumat həqiqəti əks etdirmir”, - Müdafiə Nazirliyindən vurğulanıb.
Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə Silahlı Qüvvələrin Hərbi Akademiyasında təhsil müddətinin 2 ildən 1 ilə endirilməsi və magistratura sisteminin ləğv olunması ilə bağlı məlumat yayılıb. Eyni zamanda bu il akademiyaya daxil olan zabitlərə diplom əvəzinə sertifikat veriləcəyi iddia olunub.
Oxşar xəbərlər
Prezident nazir Sahil Babayevi qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edib. BAKU.WS xəbər verir ki, ölkəmizdə həyata...