Hər kəsin üzləşə biləcəyi problemlə bağlı cavib AÇIQLAMA
Bağırsaq mikroflorasını yaxşılaşdırdığı iddia edilən məhsulların faydası ilə bağlı yayılan fikirlər elmi əsaslarla təsdiqlənmir.
BAKU.WS xəbər verir ki, London İmperial Kollecinin professoru Daniel M. Davi bu barədə The Guardian qəzetinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bağırsaq mikrobiomunun müxtəlifliyi insan sağlamlığına təsir göstərsə də, bu, xüsusi məhsullar vasitəsilə sağlamlığın birbaşa yaxşılaşdırıla biləcəyi anlamına gəlmir. Alim qeyd edib ki, mövcud araşdırmalar yalnız əlaqəni göstərir, lakin səbəb-nəticə münasibətini tam sübut etmir.
Professor vurğulayıb ki, mikroorqanizmlərin təkcə sayı deyil, onların qarşılıqlı təsiri də mühüm rol oynayır. Bakteriyaların bir-biri ilə rəqabəti balansın qorunmasına kömək etdiyi halda, bəzi hallarda sürətli çoxalma və "əməkdaşlıq" əksinə, xəstəliklərin inkişaf riskini artıra bilər.
Mütəxəssis istehsalçıların iddialarına tənqidi yanaşmağı tövsiyə edib. O bildirib ki, mikrobiomu dəyişərək sağlamlığı yaxşılaşdırdığını vəd edən məhsullara ehtiyatla yanaşmaq lazımdır.
Oxşar xəbərlər
Azərbaycanda səhiyyə və sosial müdafiə sistemlərinin koordinasiyası gücləndirilir
Azərbaycanda səhiyyə sistemində islahatlar yeni mərhələyə keçir. TƏBİB-in yeni icraçı direktorunun təyin olunması da bu prosesin tərkib hissəsi kimi diqqət çəki...