Həlak olan iki minatəmizləyənin ailə üzvlərinə Prezidentin aylıq təqaüdü təyin edilib
Minatəmizləmə fəaliyyəti zamanı həlak olan minatəmizləyənlərin – Namazov Seymur Rəşid oğlu və İsayev Raqif Deputat oğlunun 4 nəfər ailə üzvlərinə Prezidentin aylıq təqaüdünü təyin edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, təqaüdün aylıq məbləği 700 manatdır. Fərmanla bu məbləğin onların ailə üzvlərinin sayına uyğun bərabər hissələrə bölünməklə ödənilməsi nəzərdə tutulub.
Xatırladaq ki, Prezident İlham Əliyevin Fərmanına əsasən minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin ailə üzvlərinə Azərbaycan Prezidentinin təqaüdü təsis edilib.
Ailə üzvlərinin sırasına dul arvadı (əri), valideynləri, 18 yaşına çatmamış (peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrində təhsil alanlara münasibətdə isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək) övladları, 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları, uşaq evlərində tərbiyə olunan qardaş və bacıları, birinci növbədən digər qohumları olmayan baba və nənələri aiddir.
Oxşar xəbərlər
Faiq İsmayılov: "Hansısa şəxs abidəyə zərər vurursa, hüquqi yolla cəzasını almalıdır"
"Azərbaycanın tarixi-memarlıq abidələri, mədəni irsi ölkə qanunları ilə qorunur, mühafizə edilir. Həmin abidələrin zədələnməsi və onlara zərər vurulması cinayət...