Həkimdən valideynlərə XƏBƏRDARLIQ - Uşaqlar dənizdə və hovuzda olarkən…

Həkimdən valideynlərə XƏBƏRDARLIQ - Uşaqlar dənizdə və hovuzda olarkən…
Sosial 1201

Yay aylarında uşaqların hovuzda çimməsi, dənizdə əylənməsi ən çox sevdikləri məqamlardan biridir. Lakin allergiyası olan uşaqlarda bu əyləncə müəyyən problemlər yaradır.

Bəs bu problemlərdən necə xilas olmaq lazımdır? Valideynlərə faydalı məsləhətlər vermək və problemlərə nəzər salmaq üçün Uşaq Allerqiya və İmmunologiya uzmanı, həkim Röyalə Babayeva BAKU.WS-ə bildirib ki, allergiyası olan uşaqlar bu məsələlərdə xüsusi diqqətli olmalıdırlar.

“Uzun müddət xlorlu suda üzmə, xlorlu hovuzdan istifadə insanlarda yan təsirlərə səbəb ola bilər. Xüsusən uşaqlar həssas təbəqəyə aid edildiyi üçün bu özünü qabarıq biruzə verə bilər”, - deyə həkim bildirib.

Röyalə Babayeva onu vurğulayıb ki, əgər uşağa allergic-astma diaqnozu qoyulubsa, bud aha təhlükəli ola bilər:

“Belə uşaqlarda bir müddətdən sonra bronxlarda xlora qarşı bronxspazma yarada bilər. Bu xəstədə nəfəs darlığı, öskürmə yarana bilər. Bundan başqa, burun içərisi quruyar. Burunda qaşınma yarana bilər.

Eyni zamanda, dəridə övrə dediyimiz köpəklik, qızartı, qaşınma yaranmasına səbəb ola bilər. Bundan başqa, dəridə quruluq, qabıqlama kimi hallar müşahidə oluna bilər”.

Bəzi valideynlər düşünürlər ki, allergiyası olan uşaqlara dəniz qumu və dəniz suyu zərər vura bilər. Həkim isə məsələni belə izah edib:

“Dəniz qumu və torpaq uşaqlarda allergiya yaratmaz. Lakin uzun müddət günəş şüasının altında oturmaq olmaz. Bu zaman mütləq günaşdən qorunmaq üçün vasitələrdən istifadə edilməlidir.

Uşağın qaydalara əməl edərək 1-2 saat günəş şüası qəbul etməsinin zərəri olmaz. Lakin uzun müddət gün altında olutrmaq azyaşlılarda günvurmaya səbəb ola bilər. Allergiyalı xəstələrin isə günəş altında qalması daha təhlükəlidir. Bu zaman xəstəlik alovlana bilər”.

Doktor deyir ki, allergiyası olan uşaqların dənizdə üzməsinin bir çox faydaları var:

“Allergik-astma, allergik dermatit, eqzeması olan xəstələrin hamısı dənizdə üzə bilər. Dənizin duzlu suyu uşaqların ağciyərləri, bronxları üçün olduqca faydalıdır.

Öncəliklə üst tənəffüs yolları, burun, ağız boşluğu, eyni zamanda alt tənəffüs yolları, bronxları üçün çox önəmli müalicəvi xüsusiyyətə malikdir.

Duzlu suda üzən, dəniz kənarında hava alan uşaqların tənəffüs yollarında olan ödəmlik, şişlik çəkilir. Çox vaxt belə xəstələrə müalicə məqsədilə dəniz kənarında istirahət məsləhət görülür. Dənizli suda üzmək daha yaxşıdır, nəinki xlorlu hövuzlardan istifadə”.

Röyalə Babayeva həmçinin vurğulayıb ki, dəri xəstəliyi olan uşaqların da duzlu suda, dənizdə üzməsi məqsədəuyğundur:

“Yay aylarında ən çox müşahidə olunan günəş allergiyasıdır. Əsasən uşağın üzündə, əllərində, bir sözlə açıq hissələrdə yaranan qızarmalar, səpkilər müşahidə olunur.

Dəridə bişməcələr yaranır. Bundan başqa, günəş şüasından gözlərdə yaranan qızarmalar, allergik konyuktivitlər müşahidə olunur. Çalışıb günəş şüasından qorunmasıdır. Dəriyə günəş şüalarından qorunmaq üçün kremlər istifadə edilməlidir.

Allergik konyuktivitlərdə uşaqlara verilən tövsiyyələr əsasən günəş şüasından qorumaq üçün eynəklərdən istifadə etməkdir. Bundan başqa, bəzi göz damlaları var ki, qızmar yay günlərində istifadə edilir. Bu damlanı gözə tökəndən sonra günəş eynəklərindən istifadə edib, çölə çıxmaq olar.

Bundan başqa, azyaşlıları, əsasən də körpələri çox isti otaqlarda saxlamaq olmaz. Otaq sərin olmalıdır. Yəni otağın tempraturu 23-24 dərəcə təşkil etməlidir. Bu uşaqları pişməcələrdən qorumaq üçündür.

Eyni zamanda pambıq paltarlardan istifadə edilməlidir. Bəzi sərinləşdirici kremlər sürtülməlidir. Bol mayelər verilməlidir”.

Son xəbərlər