Həkim: "Koronavirusa yoluxan bəzi körpələr süni tənəffüs aparatına qoşulur"

Həkim: Koronavirusa yoluxan bəzi körpələr süni tənəffüs aparatına qoşulur
Sosial 227

“Neanatal dövrdə olan və 1 yaşdan kiçik körpələr bəzi xəstəliklər səbəbindən risk qrupuna aiddirlər”.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin pediatriya sahəsi üzrə mütəxəssis-eksperti Erkin Rəhimov deyib.

E.Rəhimov bildirib ki, koronavirusa yoluxan və tənəffüs çatışmazlığı problemi olan körpələr xəstəliyi daha ağır keçirirlər: “Hətta bəzən həmin körpələr süni tənəffüs aparatına qoşulur. Virusdan sağalandan 2-6 həftə sonra bəzi körpələrdə ağır iltihabi proses başlayır. Bu da ürək, böyrək, ağciyərlərə mənfi təsir edir və virusun fəsadı sayılır”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər