Həkim-infeksionist: “Reanimasiyalar dolub, xəstəxanalarda vəziyyət ciddidir” - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Koronavirusa yoluxan və xəstəxanaların reanimasiya şöbələrinə yerləşdirilən xəstələrin sayında hər ötən gün artım dinamikası müşahidə edilir.
BAKU.WS xəbər verir ki, Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının dosenti, həkim-infeksionist Sədrəddin Atakişizadə “Xəzər xəbər”ə müsahibəsi zamanı xəstəxanalarda vəziyyətin kritik həddə olduğunu bildirib:
“Virusdan ölüm halları artıb. Reanimasiyalarda xəstələr çoxdur. Peyvənd olunmayanlar bu xəstəliyi ağır keçirir. Bütün bunları nəzərə alaraq əhaliyə müraciət edirik ki, vaksinasiya prosesinə ciddi yanaşsınlar. Çünki tək çıxış yolu peyvənd olumaqdır. Bütün tədbirlər əhalinin sağlamlığı, insanların məsuliyyətini dərk etmələri üçündür”, - deyə həkim-infeksionist qeyd edib.
Oxşar xəbərlər
Azərbaycanda vaksinasiya ilə bağlı bütün suallara aydınlıq gərtirildi
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) vaksinasiya ilə bağlı suallara aydınlıq gətirib. BAKU.WS həmin məsələləri təqdim edir: 1.Vaksin nədir? Vaksin...