Həftəsonu qadağaları iyunun 13-15-də də tətbiq olunacaq

Həftəsonu qadağaları iyunun 13-15-də də tətbiq olunacaq
Sosial 583

"Həftəsonu qadağalarının iyunun 13-ü, 14-ü və 15-də də tətbiq olunması nəzərdə tutulur".

BAKU.WS xəbər verir ki, bunu Baş Nazir Əli Əsədov televiziya vasitəsilə çıxışında deyib.

Baş Nazir qeyd edib ki, xüsusi karantin qaydalarının yumşaldılmasından sonra əhali tələbləri daha çox pozub: “Ona görə də virusa yoluxanların sayında ciddi artım oldu.

Odur ki, vəziyyəti öz axarına buraxa bilmərik və qərara alındı ki, qəti sərt tədbirlər görülsün. Digər şəhərlərdə də yoluxma halları artarsa izolyasiya tədbirlərinin orada da tətbiqi həyata keçiriləcək”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər