Həftəsonu Bakıdan rayonlara getməyə icazə verilməyəcək

Şənbə və bazar günləri rayonlara gediş-gəlişə icazə verilməyəcək.
BAKU.WS Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev AzTV-də yayımlanan "Hədəf” verilişində deyib:
"Şəhər daxilindəki karantin postlarının ləğv olunmasına baxmayaraq, inzibati ərazilərdəki giriş-çıxış postları 24 saat fəaliyyət göstərir və paytaxtda qeydiyyatda olan şəxslər rayonlara gedə bilməzlər və digər rayon və şəhərlərdə yaşayan insanlar da Bakı, Gəncə, Sumqayıt, Lənkəran şəhərlərinə və Abşeron rayonuna gələ bilməzlər. Ona görə də heç kəs şənbə və bazar günü rayona getməyə cəhd göstərməsin. Onsuz da onlar karantin postlarından buraxılmayacaqlar”.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva modul tipli ilk xəstəxananın açılışında iştirak ediblər
Mayın 7-də Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışı olub. BAKU.WS azərtac-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Ə...