Həcc ziyarətində azərbaycanlı zəvvarlardan halı pisləşən olub? - AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Səudiyyə Ərəbistanında Həcc ziyarətində olan azərbaycanlı zəvvarlardan isti hava səbəbindən halı pisləşən olmayıb.
BAKU.WS xəbər verir ki, bu barədə report-a açıqlamasında QMİ Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri bildirib.
"Ərəfat günü bitdi. Hər şey yüksək səviyyədə oldu. Bu gün artıq Qurban bayramıdır. Gecə zəvvarları Ərəfatdan Müzdəlifəyə gətirdik. Oradan isə Minaya gətirdik. Hazırda Minada yerləşiblər, şeytangaha üz tutacaqlar. Oradan isə qayıdıb qurbangahda qurban kəsəcəklər", – o söyləyib.
Qeyd edək ki, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün 1 250 kvota yeri ayırıb.
Azərbaycanda 6-7 iyun Qurban Bayramı günləri qeyri-iş günü elan edilib.
Oxşar xəbərlər
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi dəyişdirilmədən saxlanılıb. Belə ki, uçot dərəcəsi 6.5%, faiz dəhlizinin aşağı həddi 5%, yuxarı həddi is...