"Hayal Kahvesi"ndə vaxtı keçmiş məhsullar AŞKARLANIB
Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 40 ünvanında fəaliyyət göstərən "Hayal Kahvesi" MMC-yə məxsus "Hayal Kahvesi" ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı texniki normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub.
Bu barədə BAKU.WS-ə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Yoxlama zamanı yararlılıq müddəti bitmiş müxtəlif növ qida məhsulları (xardal, bəkməz, sous, sirop, əriştə, maya və sair), həmçinin qanunvericiliyə uyğun etiketlənməyən və müşayiətedici sənədləri olmayan pendir aşkarlanıb.
Eyni zamanda obyektdə mütəmadi olaraq təmizlik işlərinin aparılmadığı, soyuducu rəflərinin korroziyaya uğradığı, anbar sahəsində rəflərin yuyulabilən və gigiyenik materialdan təşkil olunmadığı və digər tələblərin pozulduğu müəyyən edilib.
Obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, istehlaka yararsız qida məhsulları dövriyyədən çıxarılaraq məhv edilib.
Qalereya
Oxşar xəbərlər
Bu ilin 6 ayı ərzində aliment borcunu verməyən 1278 şəxs inzibati qaydada həbs olunub
2026-cı ilin ilk 6 ayı ərzində aliment öhdəliyini yerinə yetirmədiyinə görə 2740 şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunub, onlardan 1278 şəx...