Hava kəskin dəyişir
Paytaxtda intensiv yağışlar, rayonlarda isə sulu qar proqnozlaşdırılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 29-30-da hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında martın 29-30-da hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, dağlıq və bəzi dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.
BAKU.WS
Oxşar xəbərlər
Sabahın hava proqnozu
Bakıda və Abşeron yarımadasında martın 29-da fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər N...