Sabahın hava proqnozu

Sabahın hava proqnozu
Şou-biznes 3

 

Bakıda və Abşeron yarımadasında martın 29-da fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən (MHD) BAKU.WS-ə verilən məlumata görə, şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 8-12, Bakıda isə gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında sabah arabir yağış yağacağı, dağlıq və bəzi dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-8, gündüz 9-14 dərəcə isti, dağlarda isə gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isiti, gündüz 3-7 dərəcə isti olacaq.

BAKU.WS

Oxşar xəbərlər

Martın 15-nin hava proqnozu

Martın 15-nin hava proqnozu

Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə ver...

872 Şou-biznes 13:15 14 mart 2016

Son xəbərlər