Hava çirkliliyinin təsirlərindən qoruyan QİDALAR
Bəzi qidaların havadakı çirkləndirici hissəciklərin orqanizmə təsirini azaltmağa kömək edə biləcəyi müəyyənləşib.
BAKU.WS xəbər verir ki, alimlər xüsusilə qatıq və pomidorun qoruyucu təsirini araşdırıblar.
Tədqiqat zamanı qatıq, alma, limon, şaftalı, kivi, brokoli, soğan və pomidorun təsiri öyrənilib. Mütəxəssislər bu məhsulların müxtəlif hüceyrələrdə havanın çirklənməsi nəticəsində yaranan DNT zədələnməsinə təsirini yoxlayıblar.
Ən güclü nəticə qatıqda müşahidə olunub. Bəzi təcrübələrdə onun ağciyər hüceyrələrində DNT zədələnməsini təxminən 90 faiz azaltdığı bildirilib. Pomidor və tomat püresi də nəzərəçarpacaq qoruyucu təsir göstərib.
Lakin alimlər vurğulayıblar ki, araşdırma yalnız bakteriyalar və hüceyrə nümunələri üzərində aparılıb. Buna görə nəticələr bu qidaların insanları hava çirkliliyinin təsirlərindən qoruduğunu hələ sübut etmir.
Oxşar xəbərlər
Dayıoğlu bibioğlundan şikayətçidir: "Pul lazım idi, satmışam, yaxşı eləmişəm"
Paytaxt sakini, 31 yaşlı Kamran Daşdəmirov dələduzluğa məruz qaldığını iddia edir. Onun sözlərinə görə, etibarından sui-istifadə edən şəxs bibisi oğlu Elmar Rüs...