Hava bu tarixdən kəskin dəyişir - XƏBƏRDARLIQ

Hava bu tarixdən kəskin dəyişir - XƏBƏRDARLIQ
Sosial 26501

Bakıda və Abşeron yarımadasında iyulun 28-dən 29-u səhərədək şimal-qərb küləyi 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s olacaq.

BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin hava şəraiti haqqında yaydığı xəbərdarlıqda bildirilib.

Azərbaycanın rayonlarında iyulun 27-dən üçüncü ongünlüyün sonunadək əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Qərb küləyi arabir 15-18 m/s, 28-də bəzi yerlərdə arabir 20-25 m/s olacaq. Çaylarda sululuğun artacağı ehtimalı var.

Oxşar xəbərlər

İstirahət və bayram günlərinin hava proqnozu

İstirahət və bayram günlərinin hava proqnozu

İstirahət və bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə bildirilib ki, aprelin 30-u gündüz, mayın 01-də...

3929 Sosial 11:36 30 aprel 2022

Son xəbərlər