Hande Harmancı: “Səhiyyə sistemi bu yükü qaldıra bilməyəcək”
Yeniliklərdən dərhal xəbərdar olun
“Əgər özümüzə diqqət etməsək, səhiyyə sistemi bu yükü qaldıra bilməyəcək”.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, bu fikirləri Gəncə şəhərində səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib. Onun sözlərinə görə, ən birinci vasitə qorunmaqdır və gigiyenik qaydalara əməl edilməsidir.
“Bilirsiniz ki, Azərbaycanda koronavirus artır. Hər kəsin olduqca diqqət etməsi lazımdır. Artım bu şəkildə davam edərsə, səhiyyə sistemi bu yükün altından çıxa bilməyəcək. Dünya səhiyyə sistemi belə artan xəstələrin yükünü qaldırmaqda çətinlik çəkir.
Hər kəsin özünü qoruması lazımdır. Xüsusən qış aylarında bütün gigiyenik qaydalara əməl edilməsi çox önəmlidir. Düzdür, son 10 gündə yoluxma sayında kiçik də olsa azalma müşahidə olunur. Ümid edirik ki, karantin rejiminin tətbiqi ilə vəziyyət yaxşılığa doğru dəyişəcək”, - deyə H.Harmancı qeyd edib.
Oxşar xəbərlər
Çarəsizliyin dözülməzliyi: Ölümün bir addımlığında - Koronavirus klinikasından VİDEOREPORTAJ
İmdad diləyən səssiz baxışlar, alınan ağır nəfəs, həyat uğrunda olum, ya ölüm mübarizəsi... Süni tənəffüs aparatı ilə nəfəs alan xəstələrdən birindən “Su, nəfəs...