Hamilə jurnalist koronavirusdan vəfat etdi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Koronavirusa yoluxan gənc jurnalist vəfat edib.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, koronavirus Press.az saytının əməkdaşı Aygün Əlizadənin həyatına son qoyub.
Aygün Əlizadə oktyabrın 30-da bu infeksiyaya yoluxub. O, hamilə olduğu üçün virus əleyhinə iynə və dərmanlardan tam istifadə edə bilməyib.
Noyabrın 8-də onu Yevlax Rayon Mərkəzi Xəstəxanasından təcili tibbi yardım avtomobili ilə Kliniki Tibbi Mərkəzə gətiriblər.
Xəstəxanaya daxil olduqda Aygün Əlizadənin vəziyyəti olduqca ağır qiymətləndirilib və o, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, köməkçi tənəffüs aparatına qoşulub.
Noyabrın 16-da 29 yaşlı Aygün Əlizadə doğulmamış körpəsi ilə birgə vəfat edib.
Qeyd edək ki, mərhumun beş yaşlı övladı qalıb.
Qalereya
Oxşar xəbərlər
Təcili Yardımın baş həkimindən hərarəti 38-ə çatmayanlara: "Ağır xəstənin haqqına girirsiniz"
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) baş həkimi Rauf Nağıyev pandemiya dövründə təcili yardımın təşkili, çağırışlara gecikmə...