“Hacı Mazan” yerin altına “bomba” basdırıb?

“Hacı Mazan” yerin altına “bomba” basdırıb?
Sosial 3395
Qalmaqalları məşhur olan və "Hacı Mazan” kimi tanınan iş adamı Ramazan Zeynalovun daha bir qanunsuz əməli üzə çıxıb. BAKU.WS BakuPost-a istinadən xəbər verir ki, iş adamı Yeni Yasamal qəsəbəsində inşa etditdiyi binanın arxasından keçən qaz, işıq və su xətlərini torpağın altına basdırıb. Vaxtilə bu xətlərin hamısı yerin üstü ilə çəkilsə də, "Hacı Mazan” yeni qeyri-yaşayış obyektləri tikmək və satışa çıxarmaq üçün qaydaları yararaq, yerin səthini təxminən 5 metr aşağı endirib. Bu səbəbdən qaz, işıq və su kəmərlərinin yeri dəyişdirilib. Beləliklə, yerin üstü üçün nəzərdə tutulmuş xətlər, o cümlədən təhlükəli qaz xətti yerin altına basdırılıb.Qeyd edək ki, həmin ərazi qayalıq olduğundan, qaz sızması böyük faciəyə səbəb ola bilər. Belə ki, qayalıqda qaz sızması özünü büruzə vermir və sızan qaz qayaların arası ilə geniş əraziyə yayılır. Artıq "Azəriqaz” İstehsalat Birliyi yaranmış təhlükəli vəziyyətlə bağlı hərəkətə keçib. İB-nin əməkdaşları bir neçə gündür, əraziyə baxış keçirir, ölçü işləri aparır. Təhlükə ilə bağlı Fövqəladə Hallar Nazirliyinə də məlumat verilib."Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev məsələ ilə bağlı BakuPost-a açıqlamasında bildirib ki, bu məsələ araşdırılacaq və ətraflı məlumat veriləcək.BAKU.WS

Oxşar xəbərlər

"Hacı Mazan"a qarşı cinayət işi başlandı - VİDEO

"Hacı Mazan"a qarşı cinayət işi başlandı - VİDEO

"Hacı Mazan" kimi tanınan iş adamı Ramazan Zeynalovun və adamlarının binasında yaşayan sakinin evinə hücum çəkməsi ilə bağlı Bakı Şəhər Prokurorluğunda cinayət...

5478 Hadisə 21:34 12 sentyabr 2018

Son xəbərlər