Hacı İbrahim: Bəli, yanan bina bizə məxsusdur, qəsdən od vurublar
01
sen
2018
13:09
Bakının Nəsimi rayonunda üçmərtəbəli binada yanğın olub. Yanğın olan binanın iş adamı Hacı İbrahim Nehrəmliyə (İbrahim İbrahimov) məxsus olduğu bildirilir.BAKU.WS xəbər verir ki, Hacı İbrahim modern.az-a açıqlamasında faktı təsdiqləyib:“Bəli yanğın olan bina bizə məxsusdur. Biz o binada yaşayanları köçürmüşük, yanan dağıntılardır. Ərazini almışıq, yeni yaşayış binası tikəcəyik”.İş adamı dövlət komitəsinin yeni tələblər irəli sürdüyünü bildirib:“Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yeni qaydalarına əsasən, 10 bloklu bina tikilməsinə icazə verilmir. Bizə deyiblər ki, bina 3 bloklu ola bilər. Bu baxımdan tikinti dayanıb. Yanan yerdə isə köhnə evlər idi, sökülürdü, kabellər kəsilmişdi. Kimsə qəsdən kibrit vurub yandırıb. Biz də dərhal yanğınsöndürən çağırdıq. Yanğın söndürüldü. Yanğının yeni tikilən binamıza təsiri yoxdur. Əslində yanğının bizə ziyan yox, xeyri var ki, köhnə tikilinin yeri təmizlənir. “Hacı İbrahimin 3 mərtəbəli binası yandı” deyib məsələni şişirdirlər. Burada şişirdiləsi bir şey yoxdur”.BAKU.WS
Oxşar xəbərlər
Bakıda yaşayış binasında yanğın – VİDEO
Bakının Nəsimi rayonunda üçmərtəbəli yaşayış binasında yanğın olub.BAKU.WS xəbər verir ki, hadisə rayonun Sübhi Salayev küçəsində qeydə alınıb. Belə ki, sökünt...