Azərbaycanda yeni agentlik yaradıldı - SƏRƏNCAM
16
iyl
2018
20:02
Prezident İlham Əliyev yerin təkindən istifadə olunmasının, onun mühafizəsi və idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, bu sahəyə dövlət nəzarətinin gücləndirilməsi tədbirləri haqqında fərman imzalayıb.BAKU.WS-in məlumatına görə, fərmana əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi yaradılıb.Agentlik “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş yerin təkindən istifadə növləri üzrə fəaliyyətin tənzimlənməsini, habelə yerin təkinin istifadəsində və mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunmasına nəzarəti həyata keçirən, yerin təkindən istifadə ilə bağlı müsabiqə və hərracların keçirilməsini təşkil edən, bu sahədə xidmətlər göstərən publik hüquqi şəxsdir. Agentliyin nizamnamə fondu Mineral Xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun vəsaiti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansından agentliyə verilən aktivlər hesabına formalaşdırılır.Bu fərman energetika ilə bağlı yerin təkindən istifadə münasibətlərinin tənzimlənməsinə şamil olunmur.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda yeni mərkəz yaradılır - SƏRƏNCAM
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzinin yaradılması haqqında” fərman imzalayıb.BA...