"Haber Global": "Qarabağ Azərbaycandır! 44 günlük mübarizə ilə 30 illik həsrət bitdi"
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycan düz 4 il əvvəl torpaqlarının işğalına son qoydu və 44 günlük müharibəni zəfərlə başa vurdu".
Bu barədə Türkiyənin "Haber Global" telekanalının 8 Noyabr - Zəfər Günü ilə bağlı geniş reportajında deyilir.
Süjeti təqdim edən "Haber Global"ın strateji və təhlükəsizlik müxbiri Murat Karataş Şəhidlər xiyabanından tədbirin proqramı barədə ətraflı məlumat verib. O, həmçinin Vətən müharibəsində zəfərin tarixi barədə danışıb, 44 günlük müharibə ilə 30 illik həsrətə son qoyulduğunu vurğulayıb
"Böyük Zəfərin 4-cü ildönümüdür. Bu bayram Azərbaycanın bütün şəhərlərində, rayonlarında, qəsəbələrində təntənəli şəkildə, böyük coşqu ilə qeyd edilir. Əlbəttə, şəhidlər də unudulmur, unudulmayacaq da. Çünki bu zəfər onların sayəsində baş verib", - deyə jurnalist bildirib.//Oxu.az
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...