Güzəştli mənzillər üçün ipoteka kreditinə dair tələb dəyişib
06
noy
2017
23:25
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nda dəyişiklik edib.BAKU.WS APA-ya istinadən xəbər verir ki, dəyişiklik güzəştlə əldə ediləcək mənzil üçün ipoteka kreditinə dair tələblə bağlıdır.Qaydaya əsasən indiyə qədər mənzil ipoteka kreditinin hesabına alındıqda, agent bankın verdiyi kreditin məbləği satış qiymətinin 90 faizini təşkil etməli idi. Bu zaman kreditin məbləğinin 90 faizdən az olması barədə borcalanın rəsmi müraciət etdiyi hallar istisna sayılırdı. Dəyişikliyə əsasən agent bank və borcalana mənzilin satış qiymətinin 90 faizi çərçivəsində kredit məbləğini müəyyənləşdirmək sahəsində birmənalı sərbəstlik verilib. Başqa sözlə, mənzil ipoteka kreditinin hesabına alındıqda, agent bankın verdiyi kreditin məbləği satış qiymətinin 90 faizindən çox olmamalıdır.Qeyd edək ki, aşağıdakı şəxslər güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdirlər:- gənc ailənin üzvü olan şəxslər: (şəhid ailəsinin üzvü (əri/arvadı, övladları); Milli Qəhrəman (özü, əri/arvadı, övladları);- məcburi köçkün və ya ona bərabər tutulan şəxs;- ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusinövündə xidmət keçən şəxs;- ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs;- fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;- idman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idmanxadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışlarınmükafatçısı (I, II və ya III yer);- elmlər doktoru elmi dərəcəsi olan şəxs;- ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs;- ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbiqulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış AzərbaycanRespublikasının hərbi qulluqçuları;- ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs.BAKU.WS
Oxşar xəbərlər
Bank of Baku-dan 20% ilkin ödənişlə 100.000 AZN-dək İpoteka Krediti!
Bank of Baku, İpoteka kreditləri üzrə şərtlərini daha da yüngülləşdirdi. İndi ev əldə etmək arzusunda olan şəxslər 100.000 AZN-dək İpoteka Kreditini güzəştli şə...