Güzəştli mənzil sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ - FOTO

Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə güzəştli mənzillər haqqında məlumatların ətraflı təqdim olunduğu yasamal2.mida.gov.az internet səhifəsi və onun mobil versiyası istifadəyə verilib.
Mənzil İnşaatı Dövlət Agentliyindən BAKU.WS-ə bildirilib ki, istifadəyə verilmiş internet səhifə hər kəs üçün Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi barədə ətraflı məlumat əldə etmək imkanını təmin edir.
Səhifəyə daxil olan hər kəs 5 əsas bölmədən ibarət menyu vasitəsilə Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində yerləşən güzəştli mənzillərin daxili və xarici perimetr üzrə sahələri, otaqlarının sayı, tikinti ərazisinin baş planı ilə tanış ola bilərlər.
İnternet səhifəsində həmçinin güzəştlə mənzil əldə etmək hüququna malik olan şəxslər, müraciət qaydası, mümkün ödəniş üsulları, MİDA ilə əməkdaşlıq edən agent banklar haqqında məlumatları əldə etmək üçün müvafiq səhifələrə keçidlər təqdim olunur.
Səhifənin “Mənzillər” bölməsi isə Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində mənzillərin satışı ilə bağlı elan verildikdən sonra aktivləşdiriləcək. İstifadəçilər bu bölmədə hər bir mənzilin planı, sahəsi, interyer nümunəsi və təmir növü haqqında məlumat əldə edə biləcəklər.
Qalereya

Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...