Gürcüstandan Azərbaycana gətirilən heyvanlarda zoonoz xəstəlik aşkarlanıb
Gürcüstandan Azərbaycana gətirilən dörd baş heyvanda zoonoz xəstəlik aşkarlanıb.
Bu barədə BAKU.WS-ə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, mayın 5-də "Aqrovest MT" MMC tərəfindən Gürcüstanın "Universal Export" şirkətindən idxal olunması nəzərdə tutulan ümumilikdə 89 baş kəsimlik diri iribuynuzlu heyvan kliniki və laborator müayinədən keçirilib.
Nəzarət tədbirləri zamanı dörd baş heyvanda zoonoz xəstəliklərə şübhə yaradan əlamətlər aşkarlanıb. Həmin heyvanlarda yüksək hərarət, ümumi vəziyyətin zəifləməsi və davamlı müvazinət pozuntuları müşahidə olunub.
Mövcud risklər nəzərə alınaraq heyvanların ölkəyə idxalına icazə verilməyib və mənşə ölkəsinə geri qaytarılıb. Bu halın təkrarlanmaması üçün Gürcüstanın aidiyyəti qurumuna rəsmi müraciət ünvanlanıb.
Qalereya
Oxşar xəbərlər
Bu ilin 6 ayı ərzində aliment borcunu verməyən 1278 şəxs inzibati qaydada həbs olunub
2026-cı ilin ilk 6 ayı ərzində aliment öhdəliyini yerinə yetirmədiyinə görə 2740 şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunub, onlardan 1278 şəx...