Gürcüstanda üçüncü gündür koronavirusa yoluxmada rekord təzələnir
14
noy
2020
19:00
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanda son bir gündə 3 504 nəfərdə koronavirusa yoluxma aşkarlanıb. Bu, pandemiyanın başlanğıcından bəri rekorddur.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi xəbər yayıb.
Bildirilib ki, noyabrın 13-də 3 473, noyabrın 12-də 3 120 yoluxma hadisəsi təsbit edilib. Hər iki göstərici rekord idi.
Hazırda 3 361 xəstə müalicə altındadır.
Ümumilikdə, Gürcüstanda 76 658 nəfər virusa yoluxub. Onlardan 58 674 nəfəri sağalıb, 669 nəfəri ölüb.
Oxşar xəbərlər
Rusiyada pandemiyanın başlanğıcından bəri koronavirusa rekord yoluxma
Rusiyada bir gündə 12 846 nəfərdə koronavirus aşkarlanıb. BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu, pandemiyanın başlanğıcından bəri maksimum göstəricidir....