Gürcüstanda komendant saatı elan olundu
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanda koronavirus pandemiyası səbəbindən bütün böyük şəhərlərdə komendant saatı elan olunub.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Baş nazirinin birinci müavini Maya Tskitişvili virusla mübarizə üzrə koordinasiya şurasının iclasından sonra keçirdiyi brifinqdə açıqlama verib.
Qeyd olunub ki, 9 noyabr tarixindən etibarən Gürcüstan rəhbərliyi koronavirusun yayılmasına qarşı mübarizə məqsədilə böyük şəhərlərdə saat 22:00-dan 5:00-dək avtomobil və piyadaların hərəkətinə məhdudiyyətlər tətbiq edəcək.
Qeyd edək ki, bu gün Gürcüstanda koronavirusa gündəlik yoluxma sayında rekord (2859) qeydə alınıb.
Oxşar xəbərlər
Karantin rejimi geri qayıdır: Dünyada yeni rekord qeydə alındı
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son statistikaları müxtəlif ölkələrdə koronavirusla bağlı yenidən həyəcan təbili çalmağa səbəb olub. BAKU.WS xəbər verir ki...