Günəşdə güclü partlayış qeydə alındı - 2025-ci il REKORD həddə

Günəşdə güclü partlayış qeydə alındı - 2025-ci il REKORD həddə
Sosial 25

Bu gün, dekabrın 1-i səhər saatlarında Günəşdə ən yüksək X sinifinə aid güclü partlayış baş verib.

BAKU.WS xəbər verir ki, bu barədə "Fobos" hava mərkəzinin baş mütəxəssisi Mixail Leus Telegram kanalında məlumat verib.

İlkin məlumata görə, partlayışın gücü X1.95 olaraq ölçülüb və maksimum nöqtə Bakı vaxtı ilə saat 06:49-da qeydə alınıb. Bu göstərici ilə 2025-ci ilin əvvəlindən bəri baş verən ən güclü beş Günəş partlayışı sırasına daxil olub.

Mütəxəssislər bildiriblər ki, partlamanın baş verdiyi Günəş ləkələri qrupu Günəş–Yer xəttindən kifayət qədər uzaqda yerləşir. Buna görə də Günəş plazmasının mümkün kütləvi atımının Yerə yönəlmə ehtimalı demək olar ki, sıfırdır.

Qeyd edək ki, bundan əvvəl 12–14 noyabr tarixlərində Yerdə ilin ikinci ən güclü maqnit qasırğası qeydə alınmışdı.

Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyasının mütəxəssisləri hesab edir ki, 2025-ci il güclü maqnit qasırğalarının sayı baxımından rekord il ola bilər.

Son xəbərlər